Çəltik sahələrinin çoxu məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.
Astaranın Artupa və Ərçivan kəndlərindəçəltik sahələrini suvarmaçətinliyi yaranıb. Biçinə 15 gün qalmışa kimi daim suvarılan çəltik bitkisi susuz qalarsa, yüksək məhsuldarlıqdan danışmağa dəyməz. Təsərrüfat sahibləri deyirlər ki, magistral su kanalına yaxın sahələrə vaxtaşırı su verilsə də, uzaqdakı
Təsərrüfat sahiblərini narahat edən digər problemlərdən biri də çəltik sahələrində artezian su quyusunun bir dənə olmasıdır. Bu da suvarma vaxtıəkin sahələrinə suya olan təlabatı ödəməyə imkan vermir. Suvarmada istifadə olunan çayda isə suyun səviyyəsi yarı-yarıya aşagı düşüb.
Məsələ ilə bağlı Astara Suvarma Sistemləri idarəsindən bildirildi ki, sözügedən ərazi suvarma suyu ilə Azərabycan və İran sərhədindən keçən Astaraçay vasitəsilə təmin olunur. Qarşı tərəf axşam saat 8-dən sonra suyun qabağını kəsməklə çox hissəsini özlərinə tərəf yönəldirlər. Su qıtlığı aradan qaldırılarsa, avqustun 20-dən təsərrüfat sahibləri çəltik biçininə başlayacaqlar.