Xəzər Xəbər

Gəncə hadisələrinə görə daha 3 nəfər həbs olundu, 5 nəfər saxlanıldı VİDEO

Veb TV | 20:59 • 14 İyul 2018
Gəncə hadisələrinə görə daha 3 nəfər həbs olundu, 5 nəfər saxlanıldı

Gəncədə baş vermiş hadisələrdə əli olan daha bir neçə nəfər həbs edilib.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib. 1966-cı ildə anadan olan Akif Əliyev Azərbaycan vətəndaşıdır

Bundan başqa, 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçılarından olan Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu da həbs edilib. Həbs edilən Seymur Əliyev 1993-cü il yanvarın 18-də Gəncə şəhərində anadan olub.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın -"gununsesi.info" və "teref.info"nun vəzifəli şəxsləri barəsində də baş prokurorluqda cinayət işləri başlanıb. Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs isə Azərbaycan-Rusiya sərhədini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıb.

Xəbər lenti