Xəzər Xəbər

VİDEO: Bu gündən bir sıra qanunlar qüvvəyə minir

Veb TV | 09:40 • 1 Yanvar 2017
VİDEO: Bu gündən bir sıra qanunlar qüvvəyə minir

Bu dəyişilikklər daha çox vergi sistemi, ASAN xidmətlə bağlı olan yeniliklərdir.

Yanvar ayının 1-dən etibarən bir qısa qanunlar qüvvəyə minir. Belə ki, yanvar ayı ərzində cərimə borcunun 30 faizini ödəyənlər qalan 70, fevral ayında 50 faizini ödəyənlər 50, mart ayında 70 faizini ödəyənlər 30 faizdən azad olunacaqlar. Nəticədə sahibkarların ümumilikdə 624 milyon manatlıq vergi borcu silinmiş olacaq. Bundan başqa Vergilər Məcəlləsinə edilən son 201 dəyişiliklik də yanvarın 1-dən etibarən tətbiq edilməyə başlanacaq.

Daha bir önəmli dəyişiklik isə ABAD-ASAN yəni ASAN xidmətin Ailə Biznesinə Asan Dəstək layihəsinin icrasına başlamasıdır. Bu xidmətin reallaşması ilə ASAN xidmət artıq göstərdiyi xidmətlərdən əlavə birbaşa ölkənin əsas dayağı olan milli sahibkarlığın formalaşmasında iştirak etməyə başlayır. İqtisadçı alim Vüqar Bayramovun fikrincə bu da ölkədə iqtisadi inkişafın təmin edilməsində çox önəmli bir addım olacaq.

ASAN xidmətin xarici turistləri ölkəyə cəlb etmək üçün həyata keçirdiyi asan viza xidməti də ölkəyə xarici valyuta axınını təmin edəcək əsas dəyişikliklərdən biridir.

2017-ci ildə nağd ödənişlərin həcminin kifayət qədər azalacağı il kimi tarixə düşəcək. Çünki nağd ödənişlərlə bağlı artıq bir sıra qadağalar qüvvəyə minəcək..

Yeni ilin başlaması ilə uzun müddət həllini gözləyən sosial evlərlə bağlı da ciddi addımlar atılmağa başlanacaq. Belə ki, tenderlər elan ediləcək və yeni ildə sosial binalardan mənzil almaq istəyənlər elektron müraciət edərək siyahıya yazıla biləcəklər. Bundan başqa vətəndaşların istifadə etdikləri məişət qazının qiyməti yanvar ayının 1-dən etibarən eyni tariflərlə hesablanacaq. Bundan başqa respublika üzrə 261 binaya mətbəxdə və hamamda istifadə etmək üçün verilən isti suyun 1 kubmetri üçün tətbiq edilən 40 qəpik tarifi qiyməti dövlət tərəfindən tənzimlənən qiymətlər siyahısından çıxarılır. Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, bu qiymət bahalaşmayıb. sadəcə artıq dövlət tərəfindən tənzimlənməyəcək. Qurumdan verilən məlumata görə bu dəyişiklik evləri isitmək üçün verilən istilik suyuna şamil edilmir.

 

  

 

Xəbər lenti

Çox oxunanlar