Xəzər Xəbər

Bu istilərdə kondisionersiz taksi olar? VİDEO

Veb TV | 21:31 • 13 İyul 2018
Bu istilərdə kondisionersiz taksi olar?

Havaların normadan artıq isti keçməsi taksilərdə kondisioner məsələsini aktuallaşdırıb. Taksidən istifadə edənlərin bəziləri kondisionerli taksilərlə kondisionersizlərin eyni qiymətə apardığını deyirlər. İnsanlar kondisionersiz maşınların daha aşağı qiymətə xidmət göstərməli olduğunu düşünürlər

Sürücülər isə kondisioner qoşduqlarını və buna görə əlavə pul tələb etmədiklərini deyirlər

Müştərilər deyirlər ki, bəzi taksi şirkətləri balanslarında olan avtomobillərin komfortuna uyğun qiymət müəyyən edirlər..

Araşdırma zamanı məlum oldu ki, taksi şirkətləri 10 manata qədər hər bir sifarişə əlavə 50 qəpik, 10-20 manat arasında olan sifarişlərdə isə 1 manat ödəniş tələb edirlər

Qeyd edək ki, qanuvericilikdə taksilərdə kondisionerin olması ilə bağlı konkret tələb yoxdur. Buna baxmayaraq, havaların kəskin isti keçdiyi bu günlərdə müştəri məmnuniyyətini təmin etmək üçün bütün taksilərin kondisionerli olmasınataksi şirkətləri özləri maraq göstərməlidirlər...

Xəbər lenti

Çox oxunanlar