Xəzər Xəbər

Saxta yolla pensiya alanlanların ödənişləri dayandırıldı VİDEO

Veb TV | 21:23 • 13 İyul 2018
Saxta yolla pensiya alanlanların ödənişləri dayandırıldı

Ölkədə saxta əlillik alan vətəndaşlara verilən ödənişlər dayandırılıb. Artıq bununla bağlıƏmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirliklərinin əməkdaşları araşdırmalara başlayıblar. Bununla yanaşı, əlilliyin qiymətləndirilməsi sisteminin tam şəffaflaşdırılması və saxta əlillik təyinatlarının qarşısının alınması üçün təklif paketi hazırlanıb.

Saxta əlillik təyinatları barədə qərarlar ləğv edilib. Buna görə pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb.

Bu məqsədlə Əmək və Əhalinin sosial müdafiəsi və Səhiyyə nazirliklərinin əməkdaşlarından ibarət birgə işçi qrupu araşdırmalar aparıblar. Araşdırmalar hər iki qurumun informasiya sistemlərində və məlumat bazalarında olan reyestrlərdən istifadə etməklə aparılıb. Əlilliyin verilməsi üçün əsas olan Səhiyyə müəsissələri tərəfindən rəsmiləşdirilən göndərişlərin tibbi sənədlər əsasında rəsmiləşdirilməsi araşdırılıb və bu proses hazırda da davam etdirilir.. Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir müavini Sabir Qocayevin sözlərinə görə, araşdırma zamanı həmin göndərişlər ləğv edilib.

Qurum rəsmisi deyir ki, əlilliyin qiymətləndirilməsi sisteminin tam şəffaflaşdırılması və saxta əlillik təyinatlarının qarşısının alınması üçün də bir sıra işlər görülür.

Ümumlikdə isə müxtəlif istiqamətlərdə təkliflər paketinin hazırlanmasında məqsəd əlillik təyinatında bir sıra hallarda özünü göstərən subyektivlik və süründürməçilik hallarının aradan qaldırılmasıdır.

Xəbər lenti

Çox oxunanlar