Bəzi mağazalardauşaqlar üçün təhlükəlioyuncaqlar satışa çıxarılıb. Cəmi 20 qəpiyə müştərilərə təqdim olunan oyuncaqlar soyuq suda şişərək böyüyür. Mütəxəssislər tərkibində kimyəvi maddə olan məhsulun insan orqanizmi üçüntəhlükəli olduğunu bildirir.
Suya atılanda 400 dəfəyəqədərböyüyür.
Söhbət xarici ölkələrdən gətirilən uşaqoyuncaqlarındangedir..Müxtəlif rəngdə xırda top formasında olan bu oyuncaqlar soyuq suda 3 saat ərzində şişərək böyüyür..Bu Kimyəvi oyuncaqlar xüsusi qablarda cəmi 20 qəpiyə satılır.
Son dövrlərdə uşaqların sevimli oyuncağına çevrilmiş bu su toplarıəslində təhlükə mənbəyidir. bitkilərin böyüməsi məqsədilə və dekorativ əşya kimi istifadə olunan su topları poliakrilamid turşudan hazırlanmış nanotexnoloji məhsuldur.
HəkimKənan Qarayevin sözlərinə görə bu zəhərli maddə uşaqlar tərəfindən səhvən udulduqdanəfəs çatışmazlığı, mədə və bağırsaqlarda tıxanmalara səbəb ola bilər..Mütəxəssislər bunun oyuncaq kimi istifadə olunmasının qarşısını almaq üçün bütün valideyinlərə xəbərdarlıq edir.
Vətəndaşlar da bu oyuncaqların satışdan çıxarılmasını istəyirlər.
Mütəxəssilər hesab edir ki ,suda şişən bu toplar sadəcə çiçək satan mağazalarda dekorativ məqsədlər üçün satılmalı və uşaqların əlinin çatmayacağı yerlərdə saxlanılmalıdır.