Xəzər Xəbər

Gəncədə polisi qətlə yetirən şəxs cinayətdən bir gün ÖNCƏ NƏLƏR EDİB? Şok FAKT AÇIQLANDI - VİDEO

Veb TV | 20:57 • 13 İyul 2018
Gəncədə polisi qətlə yetirən şəxs cinayətdən bir gün ÖNCƏ NƏLƏR EDİB?

Gəncə hadisələrinin xaricdən idarə edildiyi bir daha təsdiqlənib. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bu barədə birgə məlumat yayıb. Bəyanatda Gəncə şəhərində törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyənləşdirildiyi, 11 nəfərin həbs olunduğu, Rəşad Böyükkişiyevin isə məhv edildiyi bildirilir. Terrorçuluğa açıq çağırış etmiş şəxslər barəsində isə 21 cinayət işi başlanıb və 3 nəfər həbs edilib.

Gəncə hadisələrinin bəzi təfərrüatları bəlli olub. Bu barədə Baş prokurorluq, daxili işlər nazirliyi və dövlət təhlükəsizliyi xidməti birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, İstintaq-axtarış əməliyyatı zamanı müəyyən olunub ki, hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyev bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxarıb. Həmçinin, cinayət törətməkdə şübhəli bilinən Bəkram əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib. Bu faktlar isə bir daha onu təsdiq edir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib.

Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb.

Artıq qanlı cinayətin bütün iştirakçıları da müəyyən edilib.Yüksək rütbəli polis zabitlərini qətlə yetirənlərdən biri - Rəşad Böyükkişiyev adlı şəxs bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla zərərsizləşdirilib. Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün səhər saatlarında keçirilən əməliyyat zamanı o, silahlı müqavimət göstərdiyindən yerində məhv edilib.

Gəncədə ictimai asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilib və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb. Bununla da Gəncədə cinayətin fəal iştirakçılarından 11 nəfəri tutulub, biri isə məhv edilib.

Baş prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda 1988-ci il təvəllüdlü Rəşad Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu bildirilib. Rəşad Böyükkişiyev 2007-ci ildə anasıni bıçaqlayaraq öldürüb və həbs edilib. Azadlığa çıxdıqdan sonra isə 2015-ci ildə Rusiyaya gedib və orada da soyğunçuluq törədərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Yeri gəlmişkən Gəncədə polis zabitini qətlə yetirən digər şəxs Fərrux Qasımov da bir neçə gün əvvəl polis tərəfindən saxlanılıb.

Gəncə şəhər icra hakimiyyətinin başçısı elmar vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barəsənində də 21 cinayət işi başlanıb və 3 nəfər həbs edilib. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.

Xəbər lenti

Çox oxunanlar