Xəzər Xəbər

Azərbaycan XİN Paşinyanın cavabını verdi VİDEO

Veb TV | 20:55 • 13 İyul 2018
Azərbaycan XİN Paşinyanın cavabını verdi

Prezident İlham Əliyevin Brüssel səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və qərb arasında bir çox sahələr üzrə əməkdaşlığın daha da dərinləşməsinə yol açdı. Əvəzində isə Ermənistan və onun baş naziri uğursuzluğa düçar olaraq, hətta NATO dövlətlərinə qarşı da hörmətsizlik nümayiş etdirdi. Sözügedən səfər, əldə edilən uğurlar barəsində Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev ''Xəzər Xəbər''ə danışıb.

Brüsseldə keçirilən NATO zirvə toplantısı Azərbaycan üçün uğurla yekunlaşıb. Beləki ölkəmizin ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən bir daha rəsmi olaraq dəstəklənib və ölkəmizlə Avropa İttifaqı ölkələri arasında bir sıra sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə şərait yaranıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyevin sözlərinə görə Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədininin ilkin imzalanması ölkəmiz üçün böyük əhəmiyyətə malikdir.

Eyni zamanda bu səfər çərçivəsində imzalanan NATO zirvə toplantısının yekun bəyanatında növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək və münaqişənin bu prinsiplər əsasında həll edilməli olduğu bəyan edilib. Buna cavab olaraq isə Ermənistanın populist baş naziri Nikol Paşinyan çarəsizlikdən NATO dövlətlərinə qarşı hörmətsizlik nümayiş etdirib.

Hikmət Hacıyevin sözlərinə görə Ermənistan tərəfindən eyni formada BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Qoşulmama Hərəkatı, İslam əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təsisatların qərar və qətnamələrinə məhəl qoyulmaması və hörmət edilməməsi Ermənistanla beynəlxalq ictimaiyyət arasında ciddi uçurumun olduğunu göstərir. Bütün bunların fonunda isə Ermənistanın baş naziri demokratiyadan danışmaqla özünün dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlişini legitimləşdirmək məqsədi güdür.

 

Xəbər lenti

Çox oxunanlar