Gəncədə yüksək rütbəli polis zabitlərini qətlə yetirdiyinə görə axtarışa verilən Rəşad Böyükkişiyev bu gün səhər saatlarında əməliyyatla zərərsizləşdirilib. Eyni zamanda həmin hadisələr zamanı polisə hücum edənlərdən biri də saxlanılıb. Bununla da bütövlükdə qeyd olunan cinayətin fəal iştirakçılarından 11 nəfərin tutulması təmin olunub, biri isə məhv edilib.
Gəncədə yüksək rütbəli polis zabitlərini qətşə yetirənlərdən biri - Rəşad Böyükkişiyev adlı şəxs bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla zərərsizləşdirilib.
Bu barədə Bas Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda qeyd olunub. Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçünsəhər saatlarında keçirilən əməliyyat zamanı o, silahlı müqavimət göstərdiyindən yerində məhv edilib.
Gəncədə ictimai asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilib və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb. Bununla da Gəncədə cinayətin fəal iştirakçılarından 11 nəfəri tutulub, biri isə məhv edilib. Törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyənləşdirilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda 1988-ci il təvəllüdlü Rəşad Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu bildirilib. Rəşad Böyükkişiyev 2007-ci ildə anası bıçaqlayaraq öldürüb və həbs edilib. Azadlığa çıxdıqdan sonra isə 2015-ci ildə Rusiyaya gedib və orada da soyğunçuluq törədərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Yeri gəlmişkən Gəncədə polis zabitini qətlə yetirən digər şəxsFərrux Qasımov da bir neçə gün əvvəl polis tərəfindənsaxlanılıb.