Xəzər Xəbər

Çində güclü partlayış: 19 nəfər ölüb - VİDEO

Veb TV | 12:42 • 13 İyul 2018
Çində güclü partlayış:
Çinin cənub-qərbindəki Siçuan əyalətinin Yanqçun sənaye rayonundakı Yibin Henqda Texnologiya şirkətinə məxsus kimyəvi maddə istehsal edən müəssisədə güclü partlayış olub. Yanğın nəticəsində 19 nəfər ölüb, 12 nəfər isə yaralanıb.


"Xinhua” dövlət agentliyi xəbər verir ki, hazırda yanğın söndürülüb və yaralılar xəstəxanaya yerləşdirilib. Yanğının səbəbləri hələlik bəlli deyil. Çin polisi hadisə ilə bağlı istintaq aparır.


Qeyd edək ki, Çin dünyanın ən çox kimyəvi maddələr istehsal edən ölkəsidir. Lakin buradakı sənaye müəssislərində təhlükəsizlik standartlarına ciddi riayət edilmir. Bu səbəbdən son illər Çinin kimyəvi sənayesində çoxsaylı iri partlayışlar baş verib. 2015-ci ildə Tianjin liman şəhərində yerləşən kimyəvi müəssisədəki partlayışda 165 nəfər ölmüşdü.

Xəbər lenti

Çox oxunanlar