Avropa Komissiyasının sədri Jan Klod-Yunker NATO-nun Brüsseldəki sammitinə sərxoş vəziyyətdə gəlib.
Yunkerin sərxoş olmasıyla bağlı görüntüləri Britaniya mətbuatı yayıb. Görüntülərdə Yunkerin pilləkənləri sərbəst çıxa bilmədiyi əks olunub. O, pilləkənləri çıxmaq üçün yanındakılardan yardım istəyib.
Bundan sonra NATO sammitinə qatılan liderlərlə foto çəkdirən Yunker onunla salamlaşan hər kəsi öpməyə başlayıb. Yunkerə dayandığı yeri tərk etməsinə Ukrayna Prezidenti Pyotr Poroşenko yardım edib.
Qeyd edək ki, Yunkerin sərxoş vəziyyətdə sammitlərə qatılması ilk dəfə deyil. Belə ki, keçən il Avropa Birliyinin Cenevrə sammitinə də Yunker belə vəziyyətdə qatılmışdı.