Xəzər Xəbər

Baş verən hadisələr Gəncə sakinlərini bir ailə kimi birləşdirib VİDEO

Veb TV | 20:56 • 12 İyul 2018
Baş verən hadisələr Gəncə sakinlərini bir ailə kimi birləşdirib

Son günlər Gəncədə baş verən hadisələr şəhər sakinlərini sanki bir ailə kimi birləşdirib, doğmalaşdırıb. Sıravi sakindən tutmuş məmuruna və ziyalısına qədər hər kəs sabitliyi, firavanlığı, asayişi pozmağa yönələn məkrli planların qarşını almaq üçün bir yumruğa çevrilib.

Hər bir gəncəli terrora cəhd edənləri şiddətlə qınayır, onlara heç vaxt meydan verilməyəcəyini deyir.

Gəncə son 3 gündə sıradan olmayan bir həyat yaşayır. İyulun 10-da şəhərin baş meydanında asayişi pozmaq, dövlətə qarşı terror törətmək istəyənlərin qarşısı qısa müddətdə inamla alındı. Həm bu hadisələrdə, həm də iğtişaşa cəhdin qarşını alarkən şəhid olmuş polislərin dəfnində nümayiş etdirilən xalq və dövlət birliyi sübut etdi ki, bu cür çirkin niyyətlər heç vaxt gerçəkləşdirilə bilməyəcək.

Qadınlar baş vermiş zorakılıq və terror cəhdlərinə xüsusi həssaslıqla yanaşırlar. Onlar bu hadisələrə münasibətlərində mərdlik, mətanət və barışmazlıqda kişilərdən fərqlənmirlər.

Sıravi Gəncə sakinlərinin də hadisələrə münasibətləri birmənalıdır. Onlar dərk edirlər ki, sabitliyin pozulmasına yönələn bu cəhdlərin qarşısını almaq, övladlarımıza daha azad və firavan bir ölkə təhvil vermək üçün hər kəs üzərinə düşəni layiqincə yerinə yetirməlidir.

Din xadimlərinin məsələyə münasibəti isə xüsusi əhəmiyyət kəsb edir.

Ruhanilər iğtişaş və terror törətməyə cəhd edənlərin özlərini dindar kimi qələmə vermələrini yolverilməz hesab edirlər. Çünki müqəddəs dinimiz adam öldürməyi ən bağışlanmaz günahlar sırasına qoyur.

Xəbər lenti

Çox oxunanlar