Gəncədə hadisələri zamanı yaralanan polis Samir Bayramov danışıb. "Bir neçə istiqamətdən kütlə gəlməyə başladı. Gözləməzdik ki, bu şəxslərin üstündən xəncər və digər kəsici alətlər çıxar. Mən özümü müdafiə edərkən sağ ayağımın bud nahiyəsindən zərbə aldım. Xəncər əslində bədənimə doğru istiqamətlənmişdi "-deyə Samir Bayramov bildirib.
Gəncə hadisələri zamanı xəsarət alan şəhər Baş Polis İdarəsinin post-patrul taborunun qərargah rəisi Samir Bayramov hadisənin təfərrüatlarını danışıb.
Samir Bayramov bildirib ki, hər şey gözlənilmədən baş verib.Gəncə polisinin rəhbər şəxsləri ilk növbədə hücuma məruz qalıblar.
Yaralı polisin sözlərinə görə ərazidə dinc əhali, körpə uşaqlar da var idi. Polislər də tapşırıga əsasən vəzifələrini yerinə yetiriblər.
"Gözləməzdik ki,bu şəxslərin üstündən xəncər və digər kəsici alətlər çıxar.Qəflətən kəsici alətlərlə, xəncərlərlə üstümüzə cumdular.Asayişi qorumaq üçün müdaxilə etdik və bu zaman xəsarət aldım"-deyə samir bayramov bildirib.
Samir Bayramov ictimai asayişi qorumağın daxili işlər orqanlarının hər bir əməkdaşının vəzifə borcu olduğunu söyləyib.