Bu gün dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub.
XəzərXəbər xəbər verir ki, ikinci finalçının adı Xorvatiya - İngiltərə matçından sonra müəyyənləşib. Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda bir qol vuran xorvatlar tarixində ilk dəfə finala yüksəlib.
Qeyd edək ki, Xorvatiya finalda Fransa ilə qarşılacaq. Oyun iyulun 15-də keçiriləcək
DÇ-2018
Yarımfinal
11 iyul
Xorvatiya - İngiltərə - 2:1
Qollar: Perişiç, 68, Mandjukiç, 109 - Trippyer, 5
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Moskva. "Lujniki”