Xəzər Xəbər

"Qarabağ" "Olimpiya"ya qalib gəldi VİDEO

Veb TV | 10:23 • 12 İyul 2018
"Qarabağ" "Olimpiya"ya qalib gəldi
Ağdamın "Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

XəzərXəbər xəbər verir ki, turnirin birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ” Sloveniyanın "Olimpiya” komandası ilə qarşılaşıb.


Lyublyana şəhərindəki "Stojice” stadionunda keçirilən görüş təmsilçimizin 0:1 hesablı qələbəsilə başa çatıb. Matçda yeganə qolu Donald Qerye vurub.


Qeyd edək ki, cavab oyunu iyulun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Çempionlar Liqası, I təsnifat mərhələsi

İlk oyun

11 iyul

22:00. "Olimpiya” (Sloveniya) - "Qarabağ” (Azərbaycan) - 0:0
Qol
: Donald Gerrye, 79

Qırmızı vərəqə: Qara Qarayev, 90+1

Baş hakim: Lourense Visser (Belçika)
Lyublyana. "Stojitse” stadionu


Xəbər lenti