Bunu XəzərXəbər-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Qurum rəsmisi bildirib ki, yük maşını gəldiyi sürətlə avtobusa çırpılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Ələt magistral yolunda dəhşətli qəza baş verib. 90-OJ-802 dövlət nömrə nişanlı "Kamaz” markalı yük maşını 149 saylı sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.