Ukrayna dairəsində avtomobillərin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.Məhəmməd Hadi küçəsinin ardınca Ukrayna dairəsində də təmir işlərinə start verilib.
Paytaxtın Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyünün yenilənməsi işlərinə start verilb.
Bu məqsədlə dairədən Gəncə prospekti istiqamətinə və Məhəmməd Hadi küçəsinin bir hissəsinə giriş-çıxış tam bağlanıb.
Bu istoqamətdə təmir işləri 3 gün davam edəcək. Daha sonra isə dairədən üzü Neapol dairəsi istoqamətində və nobel prospekti istiqamətində işlərə başlanılacaq
Dairədə hərəkət hissəsinə iki qat olmaqla yeni asfalt-beton örtüyü vurulacaq
Həmçinin təmir işləri çərçivəsində piyada səkiləri yeniləri ilə əvəzlənir. Ehtiyac olan yerlərə yeni səki daşları düzülür
Bu müddət ərzində dairədə hissə-hissə hərəkət müəyyən istiqamətlər üzrə məhdudlaşdırılacaq.
Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.