Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda saxlanılması Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi şəkildə xələl vurur. Bunu Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Nazirlik rəsmisi, nikol Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsinə də münasibət bildirib.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuat konfransında deyib. O, qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz şəkildə girov saxlanılması Azərbaycan tərəfinin hiddətinə səbəb olur.
Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsinə də münasibət bildirib. O, vurğulayıb ki, populist Paşinyan oğlunun hərbi xidmətini şouya çevirməklə reytinqini qorumağa çalışır.
Hikmət Hacıyev Ermənistanın Daxili Qoşunlarının işğal altındakı ərazilərə dislokasiya edilməsindən də danışıb. Xarici İşlər Nazirliyinin rəsmisi deyib ki, Ermənistan ordusnun nə dərəcədə zəif olmasının və oradakı əsgər çatışmazlığının bariz nümunəsidir.