Xəzər Xəbər

Gəncədə şəhid olan polislər dəfn olundu VİDEO

Veb TV | 20:57 • 11 İyul 2018
Gəncədə şəhid olan polislər dəfn olundu

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları son mənzilə ümumxalq izdihamı ilə yola salınıb. Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən vida mərasimindən sonra şəhid olmuş polislər şəhərin şəhidlər xiyabanında dəfn olunublar. Mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov da olmaqla nazirliyin digər yüksək vəzifəli şəxsləri də iştirak edib.

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə vida mərasimi keçirildikdən sonra onlar dəfn olunublar.

Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib."Polis əməkdaşlarımız Gəncədə, ölkədə sabitliyin qorunması üçün öz andlarına sabiq qalıb, dövlətçiliyə sadiqliyini göstəriblər".bunu vida mərasimində çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.

vida mərasimi başa çatandan sonra Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, Səməd Abbasov Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.Əvvəlcə havaya yaylım atəşi açılıb.

Sonra Şəhidlərin tabutuna bürünmüş 3 rəngli bayraqlarımız şəhidlərin yaxınlarına verilib.Dəfnə gələnlər şəhidlərə Allahdan rəhmət diləyiblər.

Qeyd edək ki, ötən gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Xəbər lenti

Çox oxunanlar