"Bir gəncəli kimi biz heç vaxt imkan vermərik ki, kimsə gəlib Gəncədə iğtişaş yaratsın". Bunuiğtişaşların qarşısını alarkən şəhid olmuş Gəncənin Nizami rayonu polis idarəsi rəisinin müavini Səməd Abbasovun qardaşı, İmamzadə türbəsinin axundu Tahir Abbasov deyib. Şəhid olan hər iki polisin yaxınları bildiriblər ki, baş verənlər dövlətçiliyimizə qarşı təxribatdır..
Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz aksiyaya müdaxilə edən zaman şəhid olmuş polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasovun yaxınları da hadisəyə münasibət bildiriblər.
Səməd Abbasovun qardaşı, Qafqaz Müsəlmanları İdarəsinin Gəncəbasar üzrə nümayəndəsi, Qazilər Şurasının üzvü, İmamzadə ziyarətgahının mütəvəllisi Tahir Abbasov bildirib ki, qardaşı canını Vətən yolunda qoyub və bütün qardaşları bu yolda şəhidliyə hazırdır. O, qeyd edib ki, Gəncədə baş vermiş iğtişaş təxribatdır və din xadimləri belə cinayətləri lənətləyirlər.
Tahir Abbasovun bacısı Afaq Abbasova da hər iki polisə Allahdan rəhmət diləyib.
Şəhid olan digər polis polkovniki İlqar Balakişiyevin bacısı oğlu da bildirib ki, şəhid olan hər iki polis igidlik göstəriblər və onlar ancaq vəzifəsini yerinə yetiriblər.
Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz akiyaya müdaxilə edən zaman şəhid olmuş polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov barədə bəzi faktlar da ortaya çıxıb. Məlumata görə, hər iki polis xidmətlərində fərqləndiklərinə görə müxtəlif illərdə "İgidliyə görə" medalı ilə təltif ediliblər. İlqar Balakişiyev 2002-ci ilin iyun ayının 30-da Ümumilli liderHeydər Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunub. O, həmin dövrdə Gəncə şəhər Polis İdarəsində İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsinə çalışıb. Səməd Abbasovisə 1 iyul 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən həmin medala layiq görülüb.