Tolerantlıq bizim yaşayış tərzimizdir. Tarix boyunca müxtəlif dinlərə məxsus insanlar Azərbaycanda sülh şəratində yaşayıblar. Dini zəmində heç vaxt problem olmayıb. Bu gündə bu davam edir. Bakıda məscidin, sinaqoqun, kilsənin bir birinə yaxın ərazidə yerləşdiyini görmək mümkündür. Azərbaycan mühiti radikallığa meyilli olmayan bir dini mühitdir. 2250 məscid,14 kilsə və 7 sinaqoqun olduğu Azərbaycanda bu sahədə son dövrlər hansı işlər görülüb ?
Tolerantlığın Azərbaycan modeli artıq dünyanın qəbul etdiyi bir həqiqətdir.
2 250 məscid,14 kilsə və 7 sinaqoqun fəaliyət göstərdiyi Azərbaycanda tolerantlıq mühitinin formalaşmasında digər dinlərin və xalqların xidmətləri həmişə yüksək qiymətləndirilib..Azərbaycanda təkcə səmavi dinlər yox, onların müxtəlif qollarının və cərəyanlarının mənsublarına da sərbəst şəkildə ibadət etmək, əqidələrini yaymaq imkanı yaradılıb...
Xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza da yaradılıb.Vətəndaşların vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə "Dini etiqad azadlığı haqqında" Qanunda təsbit olunub...Konstitusiyanin 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir.
Xatırladaq ki, sovetlər dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərib.Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, daha doğrusu, 1990-cı ildən indiyədək ölkədə 814 məscid inşa olunub.Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunub, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulub.2003-cü ildən sonra ısə ölkədə 220-dən çox məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparılıb...O cümlədən dövlət vəsaiti hesabına 12 məscid tikilıb və ya əsaslı bərpa olunub.
Buna paralel olaraq Azərbaycan son on ildə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib.Bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi.
2010-cu ildə keçirilən Dünya Dini Liderlərinin Bakı Sammitindən çıxan nəticələr
Elə ölkəmizə gələn xarici qonaqların diqqətini çəkən məqamlardan biridə Bakıda məscidin kilsənin və sinaqoqun bir birinə yaxın ərazidə fəaliyyət göstərməsi idi.Dünyanın belə bir mənzərəyə indi daha çox ehtiyacı var.
Dünyada ilk dəfə sünnilərlə şiələrin vəhdət namazı da məhz Bakıda qılınıb.Məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar Qafqazın ən böyük məscidi olan Heydər məscidində bir sırada namaz qılıb, dualar ediblər.Şiələrlə sünilər vəhdət namazı qılması müsəlman dünyası üçün də bir nümunə idi..Bəzi xarici dairələrin ölkədə məzhəb ayrı -ayrı seçkiliyi yaratmaq niyyəti Azərbaycanda baş tutmadı.Çünki yaxın şərq ölkələrindən fərqli olaraq Azərbaycan mühiti radikallığa meyllı olmayan bir dini mühitdir...
Bununla yanaşı Prezident İlham Əliyevin sərəncamlarına əsasən 2011-ci ildən dini mərkəzlərə, 2014-cü ildə isə ölkədə dini maarifləndirmə və milli-mənəvidəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı ayrılıb. Eyni zamanda Mənəvi Dyərlərin Təbliği Fondu tərəfindən din xadimlərinə də maddi dəstək verilir.
Azərbaycan bu siyasətini sadəcə daxildə yox, xarici ölkələrdə də uğurla davam etdirir.