İranda dünən sərnişin avtobusu ilə yanacaq daşıyan yük maşını toqquşub.
"Mehrnews" bildirir ki, qəza nəticəsində azı 27 nəfər həyatını itirib, 9 sərnişin isə yaralanıb.
Toqquşmadan sonra avtobus yanmağa başlayıb. Hadisə Kürdistan əyalətinin Senendec şəhərində qeydə alınıb.
Baş verən qəza ilə əlaqədar Kürdüstan vilayətində 3 günlük matəm elan olunub.