Ötən gün saat 20 radələrində dini yönümlü bir qrup radikal şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə qeyri-qanuni aksiyanın qarşısını alan və öz xidməti vəzifəsini icra edən iki polis zabitini – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu şəhid etməsi cəmiyyətdə şok effekti yaradıb.
Vətəndaşlar sosial şəbəkələrdə ölkənin sabitliyini, xalqın azadlığını, rahatlığını qoruyan polislərə qarşı bu cür vəhşiliyi kəskin qınayıblar və hüquq-mühafizə orqanlarından bu cinayətkarlara qarşı ən sərt tədbirlər görülməsini tələb ediblər.
Azərbaycanın sabitliyinə əl uzatmış radikalların bu əməli erməni vəhşiliyi ilə müqayisə edilir.
Polis əməkdaşlarından birinin qətlə yetirildiyi anın görüntüsü bu vəhşiliyin miqyasını təsəvvür etməyə imkan verir: