Xəzər Xəbər

“Gəncədə törədilən cinayət terror aktıdır” - Mübariz Qurbanlı VİDEO

Veb TV | 20:54 • 10 İyul 2018
“Gəncədə törədilən cinayət terror aktıdır” - Mübariz Qurbanlı

Gəncədəki din adı altında baş vermiş hadisə əvvəldən təşkil olunmuş terror aktıdır. Bunu təşkil edənlərin məqsədi Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqdır...

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri "Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti" mövzusunda keçirilən konfransda bildirib ki, törətdikləri hadisəyə din adı vermək istəyənlər dini təhrif edirlər.

Mübariz Qurbanlı deyib ki, hadisəni törədən Yunis Səfərovu müdafiə edənlər də ölkədəki sabitliyi gözü götürməyən anti-Azərbaycan qruplarıdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin şöbə rəisi Suad Mahmudov isə bildirib ki, Suriyadakı münaqişə bölgəsinə gedən azərbaycanlıların sayı 1000-dən artıq olub. Şöbə rəisi qeyd edib ki, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan və Pakistana getmiş vətəndaşların sayı 300-ə yaxın olub. Suriyaya isə bundan dəfələrlə çox azərbaycanlı gedib. Bunun da əsas səbəbi ekstremistlərə məxsus kütləvi informasiya vasitələrində, internet saytlarında və sosial şəbəkələrdə yüksək səviyyədə süni təbliğatın aparılmasıdır. Suad Mahmudov vurğulayıb ki, hazırda ekstremizm və radikallıq meyllərinin qarşısını almaq üçün ardıcıl iş aparılır.

Xəbər lenti