Xəzər Xəbər

Şirvanda toyda qətl: qatil hadisə yerindən qaçıb - VİDEO

Veb TV | 20:54 • 10 İyul 2018
Şirvanda toyda qətl:

Şirvan şəhərində toyda baş verən kütləvi dava bıçaqlanma ilə nəticələnib. Bıçaqlanan şəxs xəstəxanaya aparılsa da orada ölüb. Qətli törədən hadisə yerindən qaçıb. Polis axtarışları davam etdirir. Gədəbəydə isə bir neçə gün əvvəl baş vermiş qətlin üstü açılıb.

Şirvanda toyda qətl hadisəsi baş verib.

Qətl hadisəsi axşam saatlarında şəhərdə yerləşən şadlıq saraylarından birində qeyd alınıb.Qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 40 yaşlı Azər Əliyev kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı toy mərasimində iştirak edən Sabirabad rayonunun Nəsimikənd kənd sakini,əlindən bıçaq xəsarəti alan 42 yaşlı Teymur Həsənov qətli törətməkdə şübhəli bilinsə də, sonradan məlum olub ki, qətli törədən şəxs və davanın digər iştirakçısı hadisə yerindən qaçıb.Toyda baş verən kütləvi davada bəyin də iştirak etdiyi bildirilir.Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırmaqda davam edirlər. Hazırda qətlə yetirilən şəxsin meyiti müayinə olunmaq üçün Şirvan şəhər morquna yerləşdirilib. Kütləvi davada iştirak edən bir-neçə nəfər saxlanılıb. Qətldə iştirak edən şəxsin və digərinin saxlanılması istiqamətində əməliyyat istintaq tədbirləri həyata keçirilir.

Gədəbəydə isə qətlin üstü açılıb. İyulun 6-da Cəyir çayının Günəş kəndinin ərazisindən keçən hissəsində, Ərtəpə kənd sakini,Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması ilə əlaqədar aparılan istintaq və əməliyyat-axtarış tədbirləri başa çatıb. Emin Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib. Məlumata görə, qətli törədən Zakir İsgəndərov qətlə yetirilən Emin Bədəlovun qayınatasıdır. Qətlin təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar