Ötən gecə Dənizkənarı bulvar ərazisində izdiham yaşanıb. Səbəb yeni ili qarşılamaq və atəşfəşanlığı izləmək olub. Bura o qədər çox insan gəlib ki, yollarda uzun tıxaclar əmələ gəlib. Möhtəşəm atəşfəşanlığı izləmək üçün saatlarla gözləyən insanlar həm gəziblər, həm də bayramı yaxınları və dostları ilə qarşılayıblar.
Bir-birindən fərqli fişənglər səmanı al-əlvan rəngə boyadı. Paytaxt Bakı yeni ili bu möhtəşəm görüntülərlə qarşıladı.
Kimi əl açıb oynadı, kimi üzünə qəribə maska taxıb digərlərindən fərqlənmək istədi, kimidə mahnı oxuyub ətrafın diqqətini özünə çəkdi.
Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə ötən gecə dəniz kanarı bulvar ərazisində əsl bayram havası yaşanıb. Minlərlə insan şəhərin mərkəzinə toplaşıb. Gələn insanlarının syının çox olması yollarda tıxaca səbəb
Bir çoxları bura hər il baş tutan atəşfəşanlıqı izləməy gəlsədə öz bacarıqlarını göstərməyə gələnlər də az deyildi.Elə kameramızı görüb mobil telefondakı musiqisı ilə oynamağa başlayan bu gənclər kimi. Elə bura gələn balacalarda atəşfəşanlıqı böyük həvəslə gözləyirdi.
Xarici vətəndaşlar da atəşfəşanlığı izləmək üçün Bulvara üz tutmuşdu. Onlar arasında ən çoxu isə Ərəb və İranlı turistlər idi.
Bu şəkildə atəşfəşanlıq təxminən 35- dəqiqə davam etdi. Bu müddətdə də şəhər sakinləri və qonaqlar möhtəşəm şounu yadda saxlamaq üçün mobil telefonlarına çəkdilər.
Gecə boyu şəhərdə təhlükəsizliyi təmin etmək üçün polis də gücləndirilmiş iş rejimində işlədi.