Dünən gecə bütün dünyada yeni il həyəcanı yaşanıb. Gün doğan ölkədən birləşmiş ştatlara qədər bütün dünyada yeni ilin gəlişi xüsusi coşqu və möhtəşəm atəşfəşanlıq görüntüləri ilə yadda qalıb.
Dünya yeni ili belə qarşıladı. Təqvimim ilk dəyişdiyi ölkələrdən olan Yaponiyanın paytaxtı Tokioda minlərlə insan havaya sülh rəmzi olan minlərlə ağ şar buraxıblar.
Şimali koreyalılar paytaxt Pxenyanın mərkəzində möhtəşəm atəşfəşanlığı izləyiblər. Pekində təşkil olunan bayram proqramına yüz minlərlə insan tamaşa edib. möhtəşəm atəşfəşanlıq bu il daha fərqli görüntülərlə yadda qalıb. Honq Konqda yeni ilə doğru geri sayım və daha sonra başlayan atəşfəşanlıq şəhərə inanılmaz görkəm verib.
Yeni il Vyetnamın paytaxtı Hanoyda məşhur Opera meydanında yeni il musiqi sədaları altında qarşılanıb. Hindistanlılar da yeni təqvim ilini coşqu ilə qeyd ediblər.
Bu kadrlar isə yeni ili hər zaman yaddaqalan edən Moskvadakı məşhur Qırmızı Meydandandır.
Dubay səmasını işıqlandıran atəşfəşanlıq da undulmaz görüntülərlə yadda qalıb.
Təhlükəsizlik tədbirlərini gücləndirildiyi Avropada yeni ilin gələşi sevinc və coşqu ilə bayram edilib. Berlində Brandenburq qalasının rəngarəng görüntüləri göz oxşayıb.
Biq Ben qülləsində saatlar 12-ni göstərəndə minlərlə insan canlı olaraq Temza çayının üzərindəki möhtəşəm atəşfəşanlığa tamaşa edib. Yüz minlərlə parisli də yeni il gecəsini küçələrdə keçirib.
Rio da Janeyronun Kopakabana çimərliyində göz oxşayan atəşfəşanlığı yüz minləlr insan canlı olaraq izləyib. Və nahəyt Nyu York, Tayms Meydanı, Amerikalılar yeni ilə belə başlayıblar.