Yeni il bir sıra ailələr üçün daha böyük sevinc bəxş edib. Belə ki, istər Bakıda, istərsə də bölgələrdə bəzi ailələrdə yeni körpələr dünyaya gəlib.
Onlar 2017-ci ilin dünyaya göz açan ilk körpələridir. Analarının sevinci isə gözlərindən oxunur.
İlk gününü yaşadığımız yeni ildə Azərbaycanın ilk körpəsi Goranboy Mərkəzi Xəstəxanasında dünyaya göz açıb. Təqvim ili yenilənən kimi Goranboyda 2 ailəninin bayramı-bayrama qarışıb. Tunzalə Qədimova və Naibə Ələkbərova övladlarını dünyaya gətiriblər.
Yeni ilin ilk saatlarında 1 qız,1 oğlan olmaqla 2 uşaq doğulub. Vəziyətləri normal olan uşaqlardan ən ağır çəkidə olanı 3,5 kq-dan artıqdı.
Bərdədə 2017-cı ilin ilk uşağı rayon Mərkəzi xəstəxanasın doğum evində dünyaya gəlib.1992-ci il təvəllüdlü Şəbnəm Həsənova oğlan uşağı dünyaya gətirib. O, Həsənovlar ailəsinin birinci övladıdır.
Gecə saat 01:15-də dünyaya gələn körpənin çəkisi 2,9 kq, boyu 49 sm-dir. Ananın və uşağın vəziyyəti normaldır. Valideynləri övladlarına hələ ad fikirləşməyiblər.
İkinci uşağı isə 17 yaşlı Ruksarə Sultanova dünyaya gətirib. Körpə bu gecə saat 01-50-də dünyaya gəlib. Onun çəkisi 3,4 kqdır.