Xəzər Xəbər

VİDEO: “Mobil hökumət” yaradılır

Veb TV | 20:57 • 1 Yanvar 2017
VİDEO: “Mobil hökumət” yaradılır

Elektron hökümət portalında əks olunan bütün xidmətləri vətəndaşlar smartfon telefonlar vasitəsi əldə edə biləcəklər. Bununla bağlı yeni konsepsiya yaradılır. Yenilik həm vətəndaşların, həm də dövlətin işini asanlaşdıracaq, eyni zamanda rüşvətxorluğun qarşısını almaqda böyük rol oynayacaq.

Azərbaycanda "mobil hökumət" konsepsiyası hazırlanacaq. Bu dövlət başçısının fərmanı ilə təsdiq olunmuş "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə öz əksini tapıb.

2017-2018-ci illərdə dövlət sektoru daxilində, eləcə də dövlət sektoru ilə əlaqələr zamanı yazışmaların da tamamilə elektronlaşdırılaraq kağız daşıyıcılardan imtina edilməsi nəzərdə tutulur. Bundan başqa mobil hökümətin tətbiqi insanların daha böyük kütləsini elektron xidmətlərlə təmin edəcək.

İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, ilkin mərhələdə sadə, daha sonra isə bütün elektron xidmətlər mobil olaraq istifadə edilə biləcək.

Bu prioritetin həyata keçirilməsi üçün 2020-ci ilədək 95 milyon manat investisiya tələb olunacağı proqnozlaşdırılır.

 

Xəbər lenti