Qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, Bakı sakinləri Firəngiz Hüseynova və Gülnaz İsayeva Nəsimi rayon polis idarəsinə məlumat veriblər ki, gecə vaxtı onlara yaxınlaşan şəxs mobil telefon və 104 manat pulu soyğunçuluq yolu ilə əldə edərərk qaçıb.
Dərhal hərəkətə keçən polislər şübhəli kimi Sumqayıt sakini Azər Təhməzovu saxlayıb. Dindirmə zamanı Sevda İsmayılovaya və Esmiralda Həsənovaya məxsus avtomobillərdən pul və məişət əşyaları oğurlamasını da etraf edib.
Nəsimi polisi rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən daha bir nəfəri də saxlayıb. Bəhruz Məmmədov Bakı şəhər sakini Günel Rəcəbovaya zor tətbiq edərək içərisində 270 manat, 130 dollar, 50 avro və mobil telefon olan pul kisəsini ələ keçirib.
Rayon polis idarəsinin əməkdaşları keçirdiyi daha bir əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq və cibgirliklə məşğul olan şəxs saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Elçin Yusifov, Vüsalə Ağalarovanın çantasından, Reyhan Valehovaya məxsus mağazadan və Ülviyyə Kərimovanın cibindən pul oğurlaması da müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Nəsimi rayon polis idarəsində müvafiq maddələrlə cinayət işi başlanılıb, istintaq gedir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: