İstanbulda "Reina" gecə klubunda törədilmiş terror aktı nəticəsində ölən 39 nəfərdən 38-nin şəxsiyyəti müəyyənləşib.
Şəxsiyyətləri müəyyənləşdirilən 13 nəfərin meyiti artıq ailələrinə təhvil verilib. Onlardan 11-i Türkiyə, 1-i iraq vətəndaşı, daha biri isə Türkiyə və Belçika olmaqla ikili vətəndaşlığı olan şəxslərdir. Daha 25 xarici vətəndaşın meyiti yarılma əməliyyatları başa çatdıqdan sonra ailələrinə sabah təhvil veriləcək.
Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Hadisəni törətməkdə şübhəli olan 8 nəfər saxlanılıb.
Ölənlər arasında əslən azərbaycanlı Rusiya vətəndaşı olan Nuranə Həsənova da var. Bu barədə Rusiyanın Türkiyədəki səfirliyinin tvitter səhifəsində yer alan məlumatda deyilir.
Rusiyanın İstanbuldakı Baş konsulluğundan bildirilib ki, Nuranə Həsənovanın cənazəsi Bakıya göndəriləcək. Cənazənin göndərilməsi üçün lazımi sənədlər hazırlanır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: