Avtobus gec -gec gəldiyindən dayanacaqda insan izdihamı yaşanır. Uzun vaxtdan sonra gələn orta tutumlu avtobusa minmək üçün isə sıra yaranır. Sərnişinlər yerləşmədiyindən avtobus qapısı açıq şəkildə yoluna davam edir.
Xezerxeber.az məlumat verir ki, görüntülər 166 saylı marşut avtobusundandır.
“Koroğlu” metrosunun yanından Maştağa qəsəbəsi Gülçülük savxozu adlanan əraziyə qədər hərkət edən 166 saylı maşurut avtobusu gec-gec gəldiyindən bu ərazidə yaşayanlar işlərinədə gecikirlər.
Ərazidə 1 saatdan çox çəkiliş aparmağımıza baxmayaraq biz də bu xətdə yalnız 2 avtobus görə bildik.
Sözügedən halla bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev açıqlama verərək bildirdi ki, bu şikayət araşdırılacaq və fakt təsdiqlənsə bayram tətili bitən kimi həmin sahibkar cəzalandırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: