Xəzər Xəbər

Əbülfəs Qarayev: Azərbaycana gələn turistlərin sayında 20 faiz artım olub - VİDEO

Veb TV | 20:51 • 13 Fevral 2018
Əbülfəs Qarayev:

"Azərbaycana gələn turistlərin sayını 3,5 milyona çatdırmaq istəyirik ". Bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir ölkəmizdə keçirilən irimiqyaslı yarışların Azərbaycanın tanınması və ölkəmizə turistlərin cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Ötən il Azərbaycana gələn turistlərin sayı 20 % artıb. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusundakı konfransda səsləndirib.

Nazir bildirib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər və irimiqyaslı yarışlar ölkəmizin təbliği ilə yanaşı, Azərbaycana turist axınına da səbəb olur.

Əbülfəs Qarayev xüsusilə ''ASAN VİZA'' sisteminin tətqbiqinin ölkəmizə gələn turistlərin sayına müsbət təsir etdiyini və bu ilin aprelində keçiriləcək növbəti "Formula 1" yarışları ərəfəsində bu yarışları izləməyə gələnlərə sərhəddə viza verilməsi üçün hazırlıqların görüldüyünü bildirib.

Tədbirdə iştirak edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu cür böyük idman yarışlarının keçirilməsi nəticəsində Azərbaycanın idman infrastrukturu inkişaf edib, ölkəmizin təşkilatçılıq qabliyyəti artıb.

"Formula 1 Group" şirkətinin baş icraçı direktoru Çeyz Kerri isə bu il keçiriləcək yarışlarda Bakını dünyaya tanıtmaq üçün çalışdıqlarını bildirib.


Xəbər lenti