Xəzər Xəbər

​Məktəbli ürəyindən bıçaqlanaraq öldürüldü VİDEO

Veb TV | 20:51 • 13 Fevral 2018
​Məktəbli ürəyindən bıçaqlanaraq öldürüldü

Gəncədə 17 yaşlı oğlan küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək olmayıb. Şirvanda isə dializ xəstəsi digər dializ xəstəsinin bıçaqla ağır yaralayıb.

11-ci sinif şagirdini küçədə bıçaqlayıblar.

Hadisə Gəncədə olub. 17 yaşlı Elnur Bağırov şəhərin Tağı Arani küçəsində ürəyindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Elnur Bağırovun kim tərəfindən hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Şirvanda isə sərnişin taksi sürücüsünü bıçaqlayıb.

Hadisə Şirvan Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb. Sərnişin, 39 yaşlı Teymur Əliyev taksi sürücüsü, 31 yaşlı Afiq Novruzovun boğaz nahiyəsinə 2 bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə diaqnostika mərkəzinə yerləşdirilərək əməliyyat olunub. Yaralıının çoxlu qan itirdiyi bildirilir. Hadisəni törədən Teymur Əliyev polis tərəfindən saxlanılıb.

Məlumata görə, onların hər ikisi dializ xəstəsi olub. Şirvan Diaqnostika mərkəzinə də dializ proseduruna birlikdə gəliblər. Avtomobildə oturarkən aralarında mübahisə baş verib. Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb.


Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024

Çox oxunanlar