Xəzər Xəbər

Gecə klubunda sabiq deputat məşhur DJ-i döydü - VİDEO

Veb TV | 15:21 • 13 Fevral 2018
Gecə klubunda sabiq deputat məşhur DJ-i döydü -
DJ Smash kimi tanınan rusiyalı musiqiçi Andrey Şirman Perm şəhərində gecə klublarının birində döyülüb.

Musiqiçiyə yerli qanunvericilik şurasının keçmiş deputatı, döyüş sənətləri üzrə idman ustası Aleksandr Telepnev ağır xəsarətlər yetirib.

DJ Smash-in sözlərinə əsasən, barda ona bir nəfər yaxınlaşaraq şəkil çəkdirmək istədiyini bildirib.

Razılıq almadıqda, içkili vəziyyətdə olan eks-deputat DJgicgahından zərbə vuraraq onu yerə yıxıb. Sonra musiqiçini ayaqla döyməyə başlayıblar. Məlumata görə, DJ-yi döyən şəxs Rusiyanın sabiq millət vəkili Aleksandr Telepnevdir.

Faktla bağlı cinayət işi başlanılıb. (BAKU.WS)

Xəbər lenti

Çox oxunanlar