Ənənəvi reseptlərə son qoyulur, həkimlər dərmanları pasientlərə elektron reseptlə yazacaq.
Xezerxeber.az məlumat verir ki, rəqəmsal resept sisteminin tətbiqi nəticəsində mövcud vəziyyəti əsaslı şəkildə dəyişmək mümkün olacaq. Hazırda həkimlər tərəfindən reseptlər əl ilə yazılmaqla, kağız daşıyıcılarda təqdim olunur. Pasiyentlər əl ilə yazılmış kağız resepti itirdikləri və ya bu reseptlər yararsız hala düşdüyü hallarda, öz həkimləri ilə yenidən görüş təyin etmək məcburiyyətində qalırlar.
Bəzən də pasientlər reseptdə nə yazıldığını anlamaqda çətinlik çəkirlər. Daha dəqiq desək, dərmanların hansı qayda ilə tətbiq edilməli olduğunu çətinliklə oxyurlar.
“Azəbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi”ndə qeyd edilib bildirilir ki, rəqəmsal resept sisteminin tətbiqi üçün elektron səhiyyə proqramı çərçivəsində rəqəmsal resept standartları hazırlanacaq.
Rəqəmsal resept sistemi işləri sürətləndirəcək, pasientin işini xeyli asanlaşdıracaq. Həkimlərin məsuliyyətini daha da artıracaq.
Bu prioritetin icrası üçün 2020-ci ilədək 276 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: