Xəzər Xəbər

VİDEO: Azərbaycanda ilk dəfə olaraq pərdəsiz tar düzəldilib

Veb TV | 20:16 • 3 Yanvar 2017
VİDEO: Azərbaycanda ilk dəfə olaraq pərdəsiz tar düzəldilib

Azərbaycanda ilk dəfə olaraq pərdəsiz tar düzəldilib.

Xezerxeber.az məlumat verir ki, milli musiqi alətimizdə olan pərdələr notların yerini daha dəqiq bilmək üçün nəzərdə tutulub.

Bu tarın səsindən başqa tarlardan fərqli olduğunu hiss edə bilməzsiniz. Amma  görüntüdən anlamaq olur ki, tarın biri pərdəli, digəri pərdəsizdir.

Pərdəsiz tarı ilk dəfə Asəf Zeynallı adına Musiqi Kollecinin müəllimi, 2013-cü ildə beynəlxalq muğam müsabiqəsinin laureatı olmuş Bəhruz Zeynalov düzəldib.

Musiqi alətləri ustası Zöhrab Mürsəlov və tarzən Aslan Məhərrəmovun dəstəyi ilə nəhayət pərdəsiz tar hazırlanıb.

Pərdəsiz tarın müşayiəti ilə ilk dəfə muğam oxuyan tanınmış xanəndə Elnur Zeynalov deyir ki, artıq bütün məşhur tarzənlər bu alətə öz xeyir-duasını veriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

Xəbər lenti