Əvvəllər toxumu satın alıb əkirdilər. İndi artıq özləri toxum əldə ediblər.
Xezerxeber.az məlumat verir ki, Göyçayda kiçik istixanalarda pomidor toxumlarının səpini aparılır. Aqrotexniki qulluq göstərilərək yetişdirilən pomidor şitilləri fevral-mart aylarında böyük istixanalarda torpağa köçürülür. Kənd sakinləri deyir ki, pomidor yetişdirmək üçün artıq özlərinin əldə etdikləri toxumlardan istifadə edirlər.
Kəndlilərin sözlərinə görə, bitkilərin tələf olmaması və tez məhsul verməsi üçün aqrotexniki qulluğun səviyyəsi artırılıb. Ziyanvericilərə qarşı düzgün mübarizə aparılır. Soyuq qış aylarında bitkinin böyüməsi üçün lazımı istiliyin əldə edilməsi məqsədilə xüsusi tədbirlər görülür .
Göyçayda istixanalarda pomidor yetişdirilməsi Qaraman, Çayarxı, Ləkçılpaq, Mırtı, Hacalıkənd, Qarabaqqal, Qaraxıdır kəndlərində geniş yayılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: