Xəzər Xəbər

VİDEO: Binada pəncərələri silən qadın yıxılıb: Təhlükəsizlik necə təmin edilməli?

Veb TV | 19:48 • 3 Yanvar 2017
VİDEO: Binada pəncərələri silən qadın yıxılıb: Təhlükəsizlik necə təmin edilməli?

Pəncərə silən qadın 10-cu mərtəbədən yıxılaraq ölüb.

Xezerxeber.az məlumat verir ki, faciəvi hadisə paytaxtın Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində olub. Hündürmərtəbəli binada yaşayan 34 yaşlı Aynur Xəlilova 10-cu mərtəbədəki evinin pəncələrini silərkən yerə yıxılıb. Bədbəxt hadisəni görən qonşular dərhal polisə xəbər veriblər.

Hadisə Aynur Xəlilovanın iki qızının gözü qarşısında baş verib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu hadisə ilk dəfə deyil ki, baş verir. Bənzər hadisələrin tez-tez olması qadınların pəncərəni silərkən təhlükəsizlik tədbirlərini aktuallaşdırır. Təmizlik şirkətinin əməkdaşı Roman Tağıyev deyir ki, yüksəklik qorxusu olan qadınlar bu cür hallarda pəncərəyə çıxıb silməyə cəhd etməməlidirlər.

Pəncərə silmək payız, qış aylarında xüsusilə təhlükəlidir. Çünki bu fəsillərdə küləyin sürəti çox olur və yıxılma riskini artır. Ən çox yıxılmaya səbəb olan amillərdən biri də qadınların həmin vaxt əllərinin sulu olmasıdır.

İstənilən halda bütün işlərdə təhlükəsizliyə riayət etmək lazımdır ki, belə xoşa gəlməz hadisə ilə üzləşməyəsən.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar