Bu gün səhər saatlarında Bartında avtomobilə zorla mindirilən qadının qaçırılma anı kameralara düşüb.
Xezerxeber.az Türkiyə mediasına istinadən məlumat verir ki, hadisə Kırtepe Məhəlləsi Respublika Orta məktəbinin qarşısında baş verib. Məktəbin qarşısında park edilən avtomobildə gözləyən 3 adam, bir müddət sonra maşından düşərək gözləməyə başlayıb. Avtomobilin yanında dayandırdığı qadınla danışan şəxs, bir müddət sonra onu zorla avtomobilə mindirməyə çalışıb. Bu zaman ətrafdakılar avtomobilə tərəf qaçıb. Amma qadını zorla avtomobilə mindirən şəxslər hadisə yerindən sürətlə uzaqlaşıblar. Şahidlər vəziyyət barədə polisə məlumat veriblər. Dərhal hərəkətə keçən polislər avtomobili saxlayıb. Şübhəlilər ifadələri alınmaq üçün polis idarəsinə aparılıblar. Onların dindirilməsinə başlanılıb.
Xerzerxeber.az həmin videogörüntünü təqdim edir: