Kişi qadının boğazını kəsərək qətlə yetirib.
Xezerxeber.az məlumat verir ki, hadisə Şəmkirdə Həzi Aslanov küçəsində bir evdə baş verib. Keçili kənd sakini Arzu Alıyev Marina Məmmədova ilə onun evində mübahisə edib. Bu zaman Arzu Alıyev üzərindəki bıçaqla qadının boğazını kəsib. Marina Məmmədova hadisə yerində ölüb. Hadisəni törədən Arzu Alıyev saxlanılıb.
Lənkəranda isə 4 il əvvəl baş vermiş qətlin üstü açılıb. 4 ildir itkin kimi axtarışda olan Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Ağayevanın qətlə yetirildiyi məlum olub. İstintaq hərəkətlərindən sonra axtarılan şəxsin qardaşı, 28 yaşlı Fuad Ağayev şübhəli şəxs qismində saxlanılıb. Dindirmə zamanı o, bacısını ailə münaqişəsi zəminində daşla öldürdüyünü və meyiti qəsəbədə yaşayış yeri olmayan ərazidə basdırdığını deyib.
Bundan sonra Lənkəran Rayon Prokurorluğu mərhumun meyitinin basdırıldığı yerdən çıxarılmasına, ekspertizadan keçirilməsinə qərar verib. Lakin cinayəti törətmiş şəxsin göstərdiyi yerdən meyit aşkarlanmayıb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: