İstehsal edilən qeyri-neft məhsullarının satışında ortaya çıxa biləcək çətinliklər aradan qaldırılır. Bununla bağlı istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində xüsusi müddəalar nəzərdə tutulub. Onlardan biri hər bir regionda ticarət palatalarının yaradılması ilə bağlıdır.
Xezerxeber.az məlumat verir ki, ticarət palataları dövlət və özəl şirkətlər arasında vasitəçi rolunu oynayacaq.
Ticarət palatası sahibkar və fermerlərin qarşılaşdıqları çətinliklərin dövlət qurumlarına çatdırılmasında mühüm rol oynayacaq. Buna görə də sahibkarların palatalarla sıx əməkdaşlıq etmələri olduqca vacibdir
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, Strateji Yol Xəritəsində lizinq haqqında yeni qanunun hazırlanması da nəzərdə tutulur. Bu da əsas etibarilə aqrar sahədə məhsul istehsalına hesablanmış avadanlıqların icarəyə götürülməsini stimullaşdıracaq.
Məsələnin cəlbediciliyi həm də ondadır ki, lizinq sektorunda nəzərdə tutulan yeniliklərin icrası üçün əsaslı investisiya tələb edilmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: