Yol çəkilişi başa çatsa da, sürət həddini və sərt döngələrin olduğunu bildirən nişanlara rast gəlinmir.
Xezerxeber.az məlumat verir ki, söhbət Cəlilabad-Soltankənd-Cəngan avtomobil yolundan gedir. 23 yaşayış məntəqəsini birləşdirən yol relyef baxımından dağlıq və təpəlik ərazilərdən keçdiyi üçün bir neçə km-dən bir sərt döngələr var.
Yol boyu döngənin olduğunu bildirən hər hansı xəbərdarlıq nişanının olmaması sürücüləri çətinə salır.
Dəfələrlə bu döngələrdə məhz bu səbəblərdən qaynaqlanan və insan itkisinə gətirib çıxaran qəzalar baş verib. Mövcud təhlükənin ciddiliyin nəzərə alan kənd sakinləri yolun ən təhlükəli hissəsində kustar üsulla hazırlanmış yol nişanı quraşdırıblar.
Cəlilabad rayon Dövlət Yol Polis bölməsindən isə bildirilir ki, yenicə istismara verilmiş yolda nişanların quraşdırılması üçün əlaqədar qurumlara məktubla müraciət olunub və yaxın günlərdə məsələ həllini tapacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: