Xəzər Xəbər

VİDEO: Kənd turizmi ilə məşğul olmaq istəyənlər üçün - YENİ QAYDA

Veb TV | 19:59 • 4 Yanvar 2017
VİDEO: Kənd turizmi ilə məşğul olmaq istəyənlər üçün -  YENİ QAYDA

Kənd turizmi ilə məşğul olmaq istəyənlər sertifikasiyadan keçməli olacaqlar.

Xezerxeber.az məlumat verir ki, bu, "Turizm haqqında" qanuna təklif olunan dəyişikliklərdə nəzərdə tutulub.

Təklifə əsasən, kənd turizmi ilə məşğul olmaq istəyən ailənin ən azı bir üzvü turizm sahəsində sertifikasiyadan keçməlidir. Ailə üzvləri nəzarət orqanına yazılı müraciət edəcək, bundan sonra həmin qurum ailənin təsərrüfatının turizm üçün əlverişliliyini və imkanlarını yoxlayacaq.

Turizm mütəxəssisləri də belə bir dəyişikliyi zəruri hesab edirlər. Onların fikrincə, normaların müəyyənləşdirilməsi bu sahədə olan kortəbiiliyi aradan qaldıracaq.

Turizmçilər hesab edirlər ki, bu sahədə sertifikatlaşdırma həyata keçirilsə, kəndlilər də turist cəlb etməyə və daha yüksək xidmət göstərməyə çalışacaqlar.

Azərbaycanda istirahət bölgələrinin və turizm zonalarının əksəriyyətinin rayonlarda olduğu nəzərə alınsa, kənd turizmi ilə bağlı standartların müəyyənləşdirilməsinin həm bu sektorun inkişafına, həm də kəndlinin təminatına fayda verəcəyi şübhəsizdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar