Bayram tətili üçün Bakıdan bölgələrə gedənlər artıq qayıdır.
Xezerxeber.az məlumat verir ki, Bakıya getmək istəyənlər avtovagzallara üz tutur. Bu səbəbdən avtovagzallarda sıxlıq yaranıb. Görüntülər Gəncədəndir. Bakıya getmək istəyən səhər saatlarından avtovagzala gəlib. Yeni bilet almaq istəyənlər növbə gözləməli olub. Ancaq əksəriyyəti biletlərini əvvəlcədən alıb.
Bəzi sərnişinlər biletləri 5 manat 80 qəpiyə alsa da, bəziləri 6 manadan alıblar.
Verilən məlumata görə, gün boyu avtovagzaldan ehtiyac olduqca əlavə avtobuslar xəttə buraxılıb.
Zaqatala avtovaqzalından istifadə edənlər də adi günlərlə müqayisədə 2 qat artıb. Sərnişinlərin ən çox sıxlığı Bakı marşurutu istiqamətindədir.
Sərnişin sıxlığına görə Zaqatala-Bakı marşrutu üzrə xəttə əlavə nəqliyyat vasitələri buraxılıb.
Lənkəran avtovağzalında isə ötən ilə nisbətən sərnişin sıxlığı yaşanmır. Ehtiyac yaranacağı tədqirdə xəttə əlavə avtobusların buraxılacağı bildirilir.
Gediş haqqının adi günlərdə olduğu kimi 5 manat olduğu bildirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: