Xəzər Xəbər

VİDEO: Qayığa bənzəyir, amma suda bitən qamışları biçir - Qeyri-adi aqreqat

Veb TV | 20:12 • 4 Yanvar 2017
VİDEO: Qayığa bənzəyir, amma suda bitən qamışları biçir - Qeyri-adi aqreqat

Kənardan qayığa bənzəyir, amma əsas funksiyası kombayn kimi suda bitən qamışları biçməkdir.

Xezerxeber.az məlumat verir ki, bu qeyri-adi aqretqatı Neftçala rayon Qədimkənd sakini Asif Ağayev hazırlayıb. Bir neçə texnikaların ehtiyyat hissələri qayıqda bir araya gələrək mükəmməl aqreqata çevrilib. Qayıq T 40 trkatorunun mühərriki  ilə çalışır. Onun hazırlanmasıda hətta jiqulinin də müəyyən ehtiyyat hissələrindən istifadə olunub.

Qayıqdan dambalarda əmələ gələn qamışların biçilməsində istifadə olunur. Suda sərbəst çalışan tenxika eyni vaxtda  3 metr enində və 50 sm. dərinlikdə olan qamışı biçmək gücünə malikdir.

Qarşısında olan maneədən asılı olaraq qayığın sürəti dəyişə bilir. Biçin zamanı daha çox güc tələb olunduğu üçün qayığa iki  böyük pər quraşdırılıb. Bunlar eyni zamanda onun suda sağa - sola dönmə və geriyə hərəkət etməsini təmin edir.

Asif Ağayev deyir ki, dəfələrlə iri damba sahibləri ondan bu texnikanı  6 min manat müqabilində  almaq istəsələr də  satmayıb. Çünki qayıq sahibinə gördüyü işin müqabilində onsuz da qazanc gətirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti