Xəzər Xəbər

VİDEO: "Qar qız" kimdir? - Yeni ilin simvolu haqqında bilmədikləriniz

Veb TV | 20:08 • 4 Yanvar 2017
VİDEO: "Qar qız" kimdir? - Yeni ilin simvolu haqqında bilmədikləriniz

Hər Yeni il bayramı günlərində Şaxta baba haqqında çox danışılır. Lakin Yeni ili qeyd edən bir sıra ölkələrdə Şaxta baba, Santa klaus, bir sözlə, Yeni ilin əsas simvolu tək olmur. Bəs görəsən, hər zaman Şaxta babanın yanında görməyə  alışdığımız Qar qız əslində kimdir?

Xezerxeber.az məlumat verir ki, Qar qız haqqında dəfələrlə kinolar və cizgi filimləri çəkilib. Bu obrazın yaranma tarixi uzaq keçmişə gedib çıxsa da, onun Şaxta babanın nəyi olması ilə bağlı müzakirələr hələ də davam edir.

Həmişə Şaxta baba ilə birlikdə görməyə  alışdığımız bu obrazı canlandıranlar da əslində kim olduqlarından xəbərsizdirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoyun sözlərinə görə, Qar qız Şərqi slavyanların folklor personajı olaraq yaradılıb. İvan və Mariyanın uşaqları olmadığından onlar qaradamı düzəldiblər. Nağılda qar adamı qıza çevrildiyindən o, məhz "Qarqız" adlandırılıb.

Maraqlısı odur ki, Yeni ili qeyd edən əksər ölkələrdə də Qar qız obrazı  mövcuddur. Onlar uşaqları əyləndirir və  hədiyyələr paylayırlar. Sadəcə olaraq fərqli formada. Məsələn, İtaliyada Qar qız küpəgirən qarı və ifritə  formasında, Hollandiyada zənci kimi qarşınıza çıxır. Çexiyada isə iki cür olur - Şeytan və  Mələk cildində Santa klausun yanında dururlar. Onlardan biri  kartof, digəri isə şirniyyat paylayır. Əsas məqsəd isə uşaqlara pisliyi və yaxşılığın fərqini izah etməkdən ibarətdir.

Bir sözlə, əfsanələrin müxtəlifliyindən asılı olmayaraq insanlar hər Yeni ildə onları gözləyirlər. Ən əsası da inanırlar. Yaxud da inanmaq istəyirlər…

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti