Azərbaycan Respublikası Silahlı Qüvvələrində keçirilən komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonunun qoşunları fəaliyyətlərini davam etdirir.
Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün cəmləşmə rayonlarına çıxarılıb.