Futbol üzrə İtaliya A Seriyasında 13-cü turun oyunları keçirilib.
UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ”ın rəqibi olan "Roma” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda əzəli rəqibi "Latsio” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi 3 qolun qeydə alındığı paytaxt derbisindən qalib ayrılıb - 2:1. "Canavarlar”ın ilk qolunu 49-cu dəqiqədə penaltidən fərqlənən Dieqo Perotti vurub. 53-də isə Raca Naynqqolan hesab arasındakı fərqi artırıb. "Latsio” yalnız 72-ci dəqiqədə penaltidən vurduğu təsəlli qoluna sevinə bilib.
Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi hazırda 30 xalla 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.