Türkiyənin "Başakşəhər” klubunun futbolçusu Emmanuel Adebayor İngiltərə xatirələri barədə danışıb.
Adebayor "Mançester Siti”nin heyətində sabiq klubu "Arsenal”a qarşı oyunda qol vurandan sonra yaşadığı emosiyaları bölüşüb. Toqolu futbolçu "Arsenal” azarkeşlərinin həmin oyunda ona qarşı münasibətini də xatırlayıb:
"Həmin oyuna 5 min azarkeşin mənim ailəmi necə təhqir etdiyini seyr etmək üçün çıxmamışdım. Qol vuranda isə hiss etdim ki, üstümdən ağır yük atdım.
Qol vurandan sonra "Arsenal”ın fanat sektorunun qarşısında dizi üstə sürüşüb əllərimi yana açarkən, özümü məğlubedilməz hiss edirdim.
Mənə tərəf telefon, butulka - əllərinə keçən hər şeyi atırdılar. Ancaq atılan əşyaların hamısı yanımdan keçirdi, sanki hər şey kinodakı kimi idi.
Təəssüratım belə idi: sanki uzun müddətdi türmədəsən və kimsə qapını açıb deyir: "Qardaş, qapını aç və çıx, indi sən azadlıqdasan”.
Adebayor "Arsenal”dan "Mançester Siti”yə 2009-cu ildə 29 milyon avroya keçib./publika.az